Özbəkistan prezidenti Moskvaya səfər edəcək

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün

Özbəkistan prezidenti Şavkat Mirziyoyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, Mirziyoyev oktyabrın 7-8-də Rusiya paytaxtına gələcək.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin doğum günü ilə bağlı planlarından danışıb. Onun sözlərinə görə, 7 oktyabr bazar ertəsi onun üçün iş günü olacaq.

Günün birinci yarısında görüşlər jurnalistlər üçün qapalı olacaq, axşam isə MDB ölkələrinin liderləri Birlik sammitini keçirmək üçün Moskvaya gələcəklər.

Bundan əlavə, Putinin bayram həftəsində hökumətlə görüş və Təhlükəsizlik Şurası ilə görüş planlaşdırılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə