Fransada Jeral Darmanənin “Əgər adım Musa olsaydı...” polemikası

Fransanın sabiq daxili işlər naziri Jeral Darmanən Nazirliyi tərk edərkən “Adım Musa Darmanən olsaydı, yəqin ki, eyni siyasi trayektoriyanı yaşamazdım” deməsi geniş müzakirələrə səbəb olub. Onun xələfi Bruno Retalo ilə hakimiyyətin ötürülməsi zamanı səsləndirdiyi bu fikir Fransanın siyasi spektrində dərhal təzadlı reaksiyalar yaradıb. Bununla sabiq daxili işlər naziri ölkədə irqçiliyin nə dərəcədə geniş yayıldığını təsdiqləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tez-tez sadə mənşəyi və ikinci adı “Musa” haqqında danışan Darmanən Fransada irqçiliyin təsirini xüsusi vurğulayır. O, əsl adı ilə mer, deputat və ya daxili işlər naziri olmaq şansının daha az olacağını aydın şəkildə qəbul edir. Bu fikir immiqrant mənşəli bir çox fransızın onilliklər ərzində apardığı müşahidəyə uyğundur: “yad” kimi qəbul edilən ad və ya soyad irqi ayrı-seçkiliyin mövcud olduğu bir cəmiyyətdə sosial və siyasi irəliləyiş üçün maneə ola bilər.

Bu açıqlama xüsusilə sağçıların sərt reaksiyasına səbəb oldu. Milli Birlik (RN) partiyasının sədri Jordan Bardella bunu Fransaya və onun qurumlarına hücum kimi qiymətləndirib. O, Darmanənin kimi irqçilikdə ittiham etdiyini dəqiqləşdirməsini xahiş edib. Bardellanın fikrincə, belə bir bəyanat onun nazir vəzifəsinə qədər yüksəlməsinə imkan vermiş bir millətə təhqirdir.

Solçular isə bu çıxışı istehza və şübhə ilə qarşılayıblar. Yeni Xalq Cəbhəsi (NFP) partiyasının deputatı Rafael Arno (Raphaël Arnault) Darmanənə etiraz edərək, onun hakimiyyətdə olduğu illərdə təhlükəsizlik və immiqrasiyaya dair mövqeləri ilə ifrat sağçı Milli Birlik (RN) partiyası üçün tramplin rolu oynadığını xatırladıb və bu çıxışı Emmanuel Makronla fikir ayrılığına görə ton dəyişikliyi kimi təqdim edib.

Xatırladaq ki, irqçiliyi qismən və gec tanıması Darmanənin repressiv mövqeyinə, xüsusilə mühacir əhaliyə və irqçiliyə qarşı mübarizələrə görə tənqid edildiyi kontekstdə baş verir.

Ancaq bu çıxış nə qədər əhəmiyyətli olsa da, onun Fransada irqçiliklə bağlı baxışı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün kifayət deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə