Türkiyə Livana tibbi ləvazimat göndərdi

Türkiyə İsrailin hücumlarına məruz qalan Livana yardım əlini uzadıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyədən göndərilən hərbi yük təyyarəsi paytaxt Beyruta çatıb.

Tibbi ləvazimatları daşıyan təyyarə Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanına enib.

Yardım təyyarəsini Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb.

Yardım materialları Livan hakimiyyətinə təhvil verilib.

İsrailin hücumlarından sonra Livandakı xəstəxanalarda tibbi avadanlıq çatışmazlığı yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə