Türkiyə Prezidenti İtaliya Baş naziri ilə görüşüb

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: ''Görüşdə Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyət, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək, ədalətli və davamlı sülhə nail olmaq üçün göstərilən səylərə diqqət çəkilib''.
Bəyanatda həmçinin bildirilib ki, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi məqsədilə iki hökumət arasında zirvə görüşü və Biznes Forumunun ən qısa zamanda keçirilməsinə dair ümumi istək bir daha vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə