Ermənistanı fəlakətə sürükləyən AMERİKA-FRANSA QAYDALARI – TƏHLİL

Heç zaman müstəqil siyasət yürüdə bilməyən, suveren ölkə kimi mövcud ola bilməyən Ermənistan yenə də kölgəsinə sığındığı ölkələrin qaydaları ilə oyunlar oynamaqdadır. Ələlxüsus da ABŞ və Fransa kimi dövlətlərin qaydalarına tabe olan Ermənistan, belə görünür ki, fəlakətə sürükləndiyinin qətiyyən fərqində deyil. Vaşinqtonun və Parisin qaydalarına tabe olan rəsmi İrəvan hər zaman olduğu kimi, hələ də müstəqil siyasət yürüdə bilmir və buna görə də Ermənistanı məhz Qərbin qaydaları ilə oynayan bir çox ölkələrin daha acınacaqlı taleyi, daha dəhşətli sonluq gözləyir.

Amerikalıların öz qaydaları ilə erməniləri “oynatmaq” ənənəsi hələ də davam edir

Hələ də Amerikada məhz Qarabağla bağlı, ələlxüsus da ermənilərlə əlaqədar dinləmələr keçirilirsə, deməli, ABŞ qətiyyən Cənubi Qafqazdan əl çəkmək niyyətində deyil. Belə görünür ki, həqiqətən də Amerika regiondan əl çəkmək istəmir və amerikalıların öz qaydaları ilə erməniləri “oynatmaq” ənənəsi hələ də davam edir. ABŞ Konqresinin İnsan Haqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan haqları” mövzusundakı dinləmələrdə keçmiş separatçı rejimin nümayəndələrinin, xüsusən də Qeqam Stepanyanın təqdimatının olması özü də bir çox məqamlardan xəbər verir və deyilənin, gəlinən qənaətin doğruluğunu təsdiq edir.

Vaşinqton, Paris və bir sıra digər paytaxtlar elə hesab edirlər ki, “Qarabağ məsələsində” Ermənistanı dəstəkləməklə guya nəyə isə nail ola biləcəklər. Onların fikrincə işğalçı ölkəni dəstəkləməklə, guya nəyinsə əldə olunması “məsələsi” öz həllini tapa bilər. Onlar həm də elə zənn edirlər ki, ilk növbədə bununla Bakıya təzyiq göstərə biləcəklər və bununla da Cənubi Qafqaz bölgəsində mövcudluğunu gücləndirəcəklər. Məhz belə zənn etdikləri üçün, xüsusən də müvafiq qənaətdə olduları üçün Amerika-Fransa qaydaları ilə Ermənistanın oynamasında maraqlıdırlar. Rəsmi İrəvan da heç fərqinə varmadan, məhz onların maraqları üçün elə onların da qaydaları ilə oynayır və öz-özünü fəlakətə, uçuruma doğru aparır.

Tələskənliklə guya sülh müqaviləsinə getmək istəyinin, həvəsinin olması ortada tamamilə başqa məqamların olduğunu göstərir

Hazırki Ermənistan hakimiyyətinin son zamanlar müxtəlif platformalarda və müxtəlif səviyyələrdə sülhə doğru atılan addımlara əminlik ifadə etməsi də təsadüfi deyil. İşğalçı ölkə hakimiyyəti, şəxsən Nikol Paşinyan və Ararat Mirzoyan Azərbaycanın sülh müqaviləsinin artıq razılaşdırılmış mətnini imzalamağa dəvət edildiyini bildirərək, hazır olduqlarını da ifadə ediblər. “Mən sülh və münasibətlərin bərqərar olması haqqında razılaşdırılmış mətni mümkün qədər tez imzalamağa hazır olduğumuzu təsdiq etmək istəyirəm. Biz təklif edirik ki, artıq razılaşdırılmış sənədi götürək, imzalayaq, fundamental sənədimiz olsun və sonra qalan məsələlərin müzakirəsinə davam edək”, deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. İşğalçı ölkənin XİN rəhbəri Mirzoyan da erməni baş nazirlə eyni fikirdə olduğunu diqqətə çatdırıb. “Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Biz razılaşdırılmış mətni tez bir zamanda imzalamağa hazırıq”, deyən xarici işlər naziri Ararat Mirzoyan öz fikrini məhz Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında bildirib.

Ermənistanın baş nazirinin, eləcə də XİN rəhbərinin fikirlərini olduğu kimi, vasitəsiz nitq şəklində qeyd etməkdə məqsəd ondan ibarətdir ki, həmin fikirlərin əvvəla, eynilik təşkil etdiyini diqqətə çatdıraq və bunların əvvəlcədən planlaşdırılmış şəkildə olduğunu xatırladaq. Bu fikirlərə rast gəldikdə dərhal adama elə gəlir ki, ya hər iki erməni lap öncədən planlı şəkildə hazırlıq görüb, ya da müəyyən edilmiş qaydalarla yenə də manipulyasiyalar edir, oyunlar oynamaqda da davam edilər. Belə tələskənliklə sülh müqaviləsinə getmək istəyinin, həvəsinin erməni baş nazirdə, yaxud XİN rəhbərində olması sözsüz ki, ortada tamamilə başqa məqamların olduğunu isbatlayır. Görəsən, nədir, nədən ibarətdir həmin məqamlar? Hər halda, hansısa qaydalar, xüsusən də Amerika-Fransa qaydaları ilə yenə də oyunlar oynanılır, çünki nə erməni baş nazirinin, nə də Ermənistanın XİN rəhbərinin sülh gündəmi ilə bağlı ortada konkret istəyinin olmaması göz önündədir. Əks halda bu qədər müddətdə konkret şəkildə ağıllı təkliflərlə çıxış edərdilər.

Qaydaları ABŞ və Fransa müəyyən edir və səhnənin aktyorları da haylar özləri olurlar

Diqqətə çatdıraq ki, Nikol Paşinyan çox uzaq keçmişdə deyil, bu ilin may ayında jurnalistlərlə görüşündə demişdi ki, müqavilənin imzalanması üçün oradakı bütün prinsiplər razılaşdırılmalıdır. Belə çıxır ki, erməni baş nazirinin bundan əvvəlki fikrincə razılaşdırılmayan fikirlər də var imiş və hələ razılaşdırılmamış fikirlər olduğu halda, “hazır olmaq” barədə heç bir söz həqiqəti əks etdirmir. Belə məlum olur ki, deməli, Vovayeviç bu vaxta qədər tamam başqa fikirdə olub. İndi həmin başqa fikrə tamamilə zidd olan bəyanat səsləndirməsi əlbəttə ki, çox ciddi şübhələr doğurmaya bilməz.

Görünür, Ermənistan hakimiyyəti məhz Qərbin dəstəyi ilə öz planının aktiv mərhələsinə keçmək niyyətində olub. Çox güman ki, Qarabağ ermənilərinin qaytarılması üçün ciddi cəhd edirlər və burada da Qərbin, daha dəqiq desək, ABŞ və Fransanın dəstəyinə güvənərək, nə isə əldə etmək arzusuna düşüblər. Heç şübhəsiz ki, bu arzu da səbəbsiz yaranmayıb və sığındıqları, arxalandıqları Qərbin rolunu görməmək mümkün deyil. Axı bu həmin Qərbdir, həmin Amerika, həmin Fransadır ki, ermənilərə maddi və hərbi yardımlar edir, revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün əlindən gələni əsirgəmir. Bir sözlə, qaydaları ABŞ və Fransa müəyyən edir və səhnənin aktyorları da haylar özləri olurlar. Məsələ burasındadır ki, haylar, xüsusən də Ermənistan hakimiyyəti, rəsmi İrəvan hələ də bu qaydaların onları fəlakətə sürükləyəcəyini dərk edə bilmir.

Ermənistan Amerika-Fransa qaydaları ilə oynamağa davam etdiyi təqdirdə Azərbaycan asimmetrik tədbirlər haqda düşünməli olacaq

Maraqlıdır, əgər Ermənistan konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiaları varsa, bu işğalçı ölkə hakimiyyəti sülh danışıqlarına necə hazır ola bilər? Qonşu ölkə konstitusiyasında belə ərazi iddialarının olması fonunda erməni baş nazir heç Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyan etdikləri də şübhə ilə qarşılanmalıdır. Bu nöqteyi-nəzərdən çıxış etdikdə görürük ki, haylar bu dəfə də öyrədiliblər və onlar öz iradələri ilə deyil, Amerika-Fransa qaydaları ilə oyun oynamaq niyyətindədirlər. Bütün platformalarda özlərini sülh göyərçinləri kimi göstərməkdən başqa ortada bir niyyət yoxdur. Məqsəd ancaq görüntü yaratmaq, beynəlxalq ictimaiyyəti aldatmaqdan ibarətdir ki, bu da elə qeyd olunan qaydalarla oynanılan oyunların qayəsini təşkil edir. Rəsmi İrəvan göstərmək istəyir ki, guya Ermənistan sülhə hazırdır, amma guya məsələni uzadan rəsmi Bakıdır. Bir sözlə, sülh gündəliyi ilə bağlı cavabdehliyi, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq üçün oyunlara, özü də Qərbin, daha dəqiq desək, Amerikanın və Fransanın qaydaları ilə qurulan oyunlara baş vuran Ermənistan tərəfi yenə də hiyləgərlik edir. Amma Ermənistan hakimiyyəti hələ də başa düşə bilmir ki, bu qaydalar onları uçuruma doğru aparır. Çünki revanşizm ideyalarını körükləmək niyyəti ilə tərtib edilən qaydalar hayları əmin-amanlığa, sülhə apara bilməz. Hər halda bu dəfə də onların son dərəcə təhlükəli oyunlar oynaması, özü də Amerika-Fransa qaydaları ilə təhlükəli oyunlar oynaması haqda xəbərdalıq edilməlidir. Xəbərdalıq edilməlidir ki, sonra daş atıb baş tutmasınlar. Xəbərdarlıq edilməlidir ki, bu oyunlar onların həm özləri, həm də ölkələri üçün ağır nəticələrə gətirib çıxara bilər. Çünki, Ermənistan Amerika-Fransa qaydaları ilə oynamağa davam etdiyi təqdirdə Azərbaycan da öz növbəsində asimmetrik tədbirlər haqda düşünməli olacaq. Bu da Ermənistan kimi bir işğalçı ölkəyə, bütövlükdə haylara çox ağır başa gələr.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə