Hizbullahın gücü düşmənin düşündüyündən də böyükdür - Xamenei

İsrailin Livana hücumlarını dəyərləndirən İranın dini lideri Əli Xamenei Hizbullahın İsrailin hücumları qarşısında diz çökməyəcəyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei deyib: "Hizbullahın qüdrəti düşmənin düşündüyündən də böyükdür. O, liderlərinə edilən hücumlarla məhv edilməyəcək və məğlub olmayacaq".

İsrail sentyabrın 23-də Livana endirdiyi irimiqyaslı hava zərbələri nəticəsində üç yüksək rütbəli hərbçi də daxil olmaqla azı 16 Hizbullah üzvünü öldürüb.

Livanın cənubunu bombalayan İsrail ordusunun hücumları nəticəsində azı 569 nəfər ölüb. Yaralıların sayının ən azı 1835 nəfər olduğu açıqlanıb. İranın dini lideri Əli Xamneyi İsrailin Hizbullahı hədəf alan hücumları ilə bağlı açıqlama verib. İsrailin Fələstinə və Livana hücumlarını İraqın o zamankı lideri Səddam Hüseynin İrana qarşı hücumları ilə müqayisə edən Xamenei müharibədə Livan Hizbullahının qalib gələcəyini müdafiə edib. “Hizbullahın bəzi nüfuzlu və dəyərli şəxsiyyətlərinin öldürüldüyünü” ifadə edən Xamenei buna baxmayaraq Hizbullahın İsrailin hücumları qarşısında diz çökməyəcəyini bildirib.

Xamenei bunları deyib: "Hizbullah qalibdir. Sionist rejim mülki insanları qətlə yetirdiyi üçün müqaviməti məğlub edə bilmədi. Əgər onlar Qəzzada, İordan çayının qərb sahilində və ya Livanda üsyançıları məğlub edə bilsəydilər, bu hərbi cinayətləri törətməyə ehtiyac duymazdılar”.

Bütün xəbərlər Facebook səhifəmizdə