İmişlidə avtoqəza baş verib, ölən var

İmişlidə avtomobil qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir magistralının İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişin Beyləqan sakini, 1977-ci il təvəllüdlü Quliyeva Yeganə Ağabəy qızı alıdığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə