Ürəkləri fəth edən Röyal dərdi

(Qəhrəmanlıq dastanından səhifələr)

Soyuq bir qış günündə, ölkənin şəfalı cənnət məkan güşələrindən olan Oğuz rayon Qarabulaq kəndində 2005-ci ilin 18 fevral tarixində Beydiyevlər ailəsində günəş doğur, ailənin böyük övladı Röyal dünyaya gəlir. Röyal öz gəlişi ilə kasıb şəraitdə yaşayan, zəhmətkeş, ailə dəyərlərini hər zaman yüksəkdə tutan Beydiyev Nəsibin ailəsində keşməkeşli, enişli-yoxuşlu əzab-əziyyətli günlər başlayır. Atası fəhlə, anası evdar xanım olan, buna rəğmən Səxavət ana Röyal kimi qəhrəman, tərbiyəli, ailəsinə, doğma ölkəsinə sadiq, cəsur bir oğul bəxş edir Azərbaycana.

2011-ci ildə doğulub boya-başa çatdığı Qarabulaq kəndində o da məktəbə gedir və 2022-ci ildə həmən məktəbi uğurla başa vurub, 2023-cü ildə hərbi xidmətə yola düşür. Hərbi xidmətini Quru Qoşunları, XTQ-nin tərkibində davam etdirir. Hər şeyin qaydasında getdiyi bir vaxt, 20 sentyabr 2023-cü ildə uğurlu həyata keçirilmiş lokal antiteror tədbirləri nəticəsində mənfur düşmənimiz ermənilərin gülləsinə tuş gəlir Röyal. Allah dərgahında şəhadətə ali şəhidlik zirvəsinə ucalır. Antiteror tədbirlərinin birinci il dönümü ərəfəsində şəhidimizin böyüyüyb boya-başa çatdığı Oğuz rayon Qarabulaq kəndində Röyal Beydiyevin adına ucaldılan şəhid bulağının açılışı və şəhidimizin il dönümü qeyd edilmişdir.Tədbiurdə Oğuz rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictiməti və QHT rəhbərləri, şəhid ailələri üzvləri iştirak etmişdir. Bir daha şəhimizin ailəsinə və əzizlərinə yaxınlarına səbr və dözüm arzulayır, şəhidimizə Ulu Yaradandan rəhmət diləyirik.

Şərəf ƏŞRƏFOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə