Putin Rusiyanın nüvə doktrinasını dəyişmək qərarına gəlib

Adi silahlardan istifadə edən təcavüzkar tərəfindən Rusiyanın suverenliyinə kritik təhlükə, nüvə reaksiyası üçün əsas ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Daimi Təhlükəsizlik Şurasının nüvədən çəkindirməyə həsr olunmuş iclasında deyib.

TASS xəbər verir ki, prezident həmçinin vurğulayıb ki, əgər düşmən milli suverenliyə ciddi təhlükə törədirsə, Rusiya nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.

Eyni zamanda Putin, Rusiya Belarusa qarşı da təcavüzə cavab olaraq nüvə silahından istifadə edə biləcəyini deyib.

Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də nüvə münaqişəsi ehtimalını şərh edib. Onun sözlərinə görə, bunun üçün ilkin şərtlər olsa da, nüvə silahından istifadə ilə bağlı heç bir qərar qəbul edilməyib.

...Avropada irimiqyaslı nüvə münaqişəsi başlasa, ABŞ xaricdə gözləyə bilməyəcək.

Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Federasiyasının nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, ABŞ münaqişənin onlara təsir etməyəcəyinə inanır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə