Qazaxıstan bankı Belarusa dollar və avro ilə ödənişləri dayandıracaq

…Oktyabrın 1-dən Qazaxıstanın Bank CenterCredit (BCC) Belarus və Rusiyaya dollar və avro ilə ödənişləri dayandıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Frank Media yazır.

Bank aydınlaşdırıb ki, Rusiya və Belarusiyadakı kontragentlərlə Rusiya və Belarus rublu, eləcə də Qazaxıstan təngəsi istisna olmaqla, bütün xarici valyutalarda köçürmələri dayandıracaqlar.

Qeyd edək ki, bir müddət bundan əvvəll bank artıq funt sterlinq, İsveçrə frankı və yapon yeni ilə ödənişlərin qəbulunu və göndərilməsini dayandırmışdı.

Qərar “sanksiya məhdudiyyətləri” ilə izah edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə