Əminə Ərdoğan "Malcolm X"in qızı İlyasa Şahbaz ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün ABŞ-a gedən birinci xanım Əminə Ərdoğan Nyu-Yorkdakı Türkevidə "Malkolm X"in qızı İlyasa Şahbaz ilə görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Birinci xanım Əminə Ərdoğan görüşlə bağlı açıqlamasında deyib: “Amerika tarixində irqçiliklə mübarizənin simvolik adı olan "Malcom X"in qiymətli qızı İlyasa Şahbazla Türk Evində görüşdük. "Malcolm X" və onun rəhbərlik etdiyi dr. Betti Şahbazz Xatirə və Təhsil Mərkəzinin işini müzakirə etdik. Mərkəz və Şule Yüksel Şenler Fondunun əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi apardıq. Ümid edirəm ki, "Malcom X" və Şule Yüksel Şenler kimi iki döyüş ruhu bütün dünyada gənclərə yol göstərməyə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə