ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd cəhdindən sonra respublikaçı rəqibi Donald Trampa zəng edib. SİA xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Harris və Tramp səmimi, qısa söhbət ediblər. Harris ABŞ-ın keçmiş prezidentinə “onunla hər şeyin yaxşı olduğuna sevindiyini” deyib.
Daha əvvəl Tramp bildirib ki, bazar günü ona qarşı yeni hücumun səbəbi Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin ritorikası olub.
Bütün xəbərlər Facebook səhifəmizdə