Ukrayna münaqişəni tez bir zamanda dayandırmağa çağırıb...

Ukrayna münaqişəni tez bir zamanda dayandırmağa çağırıb...

Ukrayna münaqişəsinə mümkün qədər tez son qoyulmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak “Bloomberg” agentliyinə müsahibəsində buna çağırış edib. ...Biz ədalətli sülhə nail olmaq üçün bu müharibəni mümkün qədər tez bitirməliyik.

Yermak deyib bunu.

O, həmçinin hərbi əməliyyatların dayandırılması üçün ilkin şərtlərin yaradılmasını ikinci sülh sammitindən ən mühüm gözlənti adlandırıb.

Zelenskinin ofisinin rəhbəri qeyd edib ki, tədbir Qlobal Cənub ölkələrindən birində, ola bilsin ki, Yaxın Şərqdə baş verə bilər.

Bundan əlavə, onun fikrincə, Çin görüşdə iştirak etməlidir, çünki bu ölkə “Rusiyaya təsir etmək iqtidarındadır”.

Bundan əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev beynəlxalq hüquq əsasında sülhlə bağlı dialoqu bərpa etməyə hazırdır.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynada Moskva ilə danışıqlara hazır olmaq barədə verilən bəyanat sxolastik xarakter daşıyır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə