Ukraynaya “Taurus” raketləri verilsə, onda...

Şolz Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı açıqlama verib

Bu arada Almaniya kansleri Olaf Şolz yenə də “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsinə qarşı olduğunu bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə FAZ qəzeti məlumat yayıb.

Deməli, Şolzun sözlərinə görə, raketlərin tədarükündən imtina onunla əsaslandırılır ki, raketlərin proqramlaşdırılması və hədəflənməsi üçün Ukraynada alman mütəxəssislərinin olması zəruri şərtdir.

Xatırladaq ki, bundan əvvəl Şolz Romada Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı hərbçilərin Ukraynaya göndərilməsinin əleyhinə olduğunu bildirmişdi. Onun sözlərinə görə, NATO üzvləri münaqişənin tərəfinə çevrilməməlidir.

Həmçinin o bildirilib ki, Vatikanda Roma Papası Fransisk Almaniya kansleri Olaf Şolzun Ukraynada hərbi əməliyyatların dayandırılmasının müzakirə edildiyi auditoriyada qəbul edib.

Bildirilir ki, auditoriyadan sonra Şolz Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə danışıqlar aparıb və onunla “Müqəddəs Taxtla Almaniya arasında yaxşı münasibətlər və səmərəli əməkdaşlığı müzakirə edərək, alman cəmiyyətində xristian inancının əhəmiyyətini vurğulayıb”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə