Tramp Heylini onun öz vətəni, Cənubi Karolinada qabaqlayır..?

Tramp Heylini onun öz vətəni, Cənubi Karolinada qabaqlayır..?

Yenə də SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli onun vətəni Cənubi Karolinada qabaqlayıb.

Qeyd edilir ki, bunu “The Hill” qəzeti və Emerson Kollecinin (Massaçusets) analitik xidmətinin keçirdiyi sorğunun dərc olunmuş məlumatları sübut edir.

Tədqiqata görə, keçmiş prezident ehtimal olunan respublikaçı ilkin seçicilər arasında 58 faiz, Heyli isə 35 faiz dəstək alıb. Deyilənlərə görə, sorğu fevralın 14-dən 16-dək Cənubi Karolina Respublikaçılar Partiyasının üzvü olan 1 min seçici arasında aparılıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

...25 aprel 2023-cü ildə Vaşinqton administrasiyasının hazırkı rəhbəri Cozef Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlamışdı.

Daha sonra, sələfi Tramp 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını açıqladı.

Onu da qeyd edək ki, o, Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur, Heyli isə onun əsas rəqibidir. O, seçki yarışını tərk etmək fikrində olmadığını dəfələrlə bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə