Tavandakı dəlikdən mağazaya girə bilən oğru...

Tavandakı dəlikdən mağazaya girə bilən oğru...

...Ticarət mərkəzində bir gecədə 16 mobil telefon oğurlayan Minsk sakini saxlanılıb.

Polisdən bildiriblər ki, o, sərxoş vəziyyətdə aşağı mərtəbənin tavanındakı dəlikdən mağazaya dırmaşıb, qadcetləri götürüb və eyni yolla çıxa bilib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, 34 yaşlı işsiz kişi sərxoş halda əvvəlcə qapıdan içəri girməyə çalışıb. Amma bu alınmadıqda kişi tavanla divar arasında bir dəlik görüb və oradan keçərək ikinci mərtəbədəki internet provayderinə məxsus ticarət obyektinə daxil olub.

Orada o, 16 qadcet oğurlayıb.

Səhəri gün mağaza sahibi itkini aşkar edərək polisə müraciət edib. Zərərin məbləği 16.000 rubldan çox olub. Əməliyyatçılar oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

O, oğurladığı telefonların bir hissəsini lombarda təhvil verə bilib, qalanları isə evindən tapılaraq götürülüb.

34 yaşlı işsizə oğurluq maddəsi ilə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə