Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanlarının müavinlərini və Baş Qərargah rəisini təyin edib
Zelenskidən yeni təyinatlar...

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə müavinlərin təyin olunduğunu açıqlayıb.

Onlar polkovniklər Vadim Suxarevski və Andrey Lebedenkodur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini isə Anatoli Bargileviç təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bu barədə şənbə, fevralın 10-da axşam videomüraciətində bildirib.

…Bu gün bütün günü hərbçilərlə, ordu rəhbərliyi və hökumətlə görüşlər keçirdim. Müdafiə Qüvvələrində idarəetmə komandasını yenidən işə salmağa davam edirik. İndi orduda kifayət qədər tanınan, özləri də ordunun nəyə ehtiyacı olduğunu yaxşı bilən insanlar yeni vəzifələri yerinə yetirməyə başlayırlar. Bu müharibənin döyüş komandirləri, onların təcrübəsi ümumi ordu səviyyəsində faydalı olacaq.

Zelenski bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə