Dövlət Dumasının deputatı Viktor Vodolatski bildirib ki, Qərb ölkələri 2000-ci illərdən Ukraynada çevriliş hazırlayır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Vodolatski, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini şərh edib.
Siyasətçinin sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişə dövlət çevrilişi nəticəsində yaranıb.
…Ən əsası isə odur ki, Kiyev 2000-ci ildən, Soros və komandası Ukraynada uşaq düşərgələri yaratmağa başlayandan bəri bu məqsədə doğru irəliləyir.
Deputat hesab edir ki, Kiyev uşaqlar vasitəsilə “onların beyinlərinə nasist ideologiyasını yeritməyə” başlayıb.
Vodolatskinin sözlərinə görə, bu işin nəticələri 2014-cü ilin hadisələri olub.
Ekspert hesab edir ki, hakimiyyətə gələn insanların qurbanı Rusiyayönlü regionlar olacaq. O xatırladıb ki, məhz bu hadisələrin qarşısını almaq üçün Krım referendum keçirərək Rusiyaya qayıdıb, Donbass isə “silah alıb”.
…Biz Ukraynanın cənub-şərqində yaşayan rus əhalisinin köməyinə gəldik.
Bunu rusiyalı siyasətçi vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Putin çevrilişin Mərkəzi Kəşfiyyat İdarəsinin təşkilati dəstəyi ilə silahlı müxalifət tərəfindən həyata keçirildiyini bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB