Polşanın yeni baş naziri Donald Tusk Qərb liderlərini Ukraynaya kömək etmək üçün səylərini səfərbər etməyə çağırıb. O, bu barədə çərşənbə axşamı Polşa parlamentindəki ilk çıxışında deyib.
...Ukraynaya hücum hamımıza qarşı hücumdur. Biz Qərbin Ukraynaya kömək üçün tam səfərbər olmasını tələb edəcəyik. Mən artıq Ukraynadakı vəziyyətdən yorulduğunu deyən siyasətçilərə qulaq asa bilmirəm. Mən işlədiyim ilk gündən Ukraynaya kömək tələb edəcəyəm.
Donald Tusk bildirib bunu.
Qeyd edək ki, 66 yaşlı Tusk artıq 2007-2014-cü illərdə Polşa hökumətinə rəhbərlik edib. O, iki dəfə Avropa İttifaqının ali siyasi orqanı olan Avropa Şurasının sədri seçilib.
Polşa Seymi dekabrın 11-də keçirilən iclasında Tuski yeni baş nazir seçib. Onun namizədliyini ölkədə payızda keçirilən seçkilərdən sonra parlamentin aşağı palatasında çoxluq təşkil edən partiyalar koalisiyası dəstəkləyib.
Hakim mühafizəkar “Hüquq və Ədalət” partiyası üçün səsvermənin nəticələri baş nazirlərini hakimiyyətdə saxlamağa imkan vermədi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB