Fələstinə humanitar yardım kimi 125 milyon dollar ayrılacaq

Gələn il Avropa İttifaqı humanitar təşkilatlara dəstək üçün Fələstinə 125 milyon dollar göndərəcək. Avropa İttifaqı 2024-cü ildə Qəzza zolağının sakinləri üçün humanitar yardım kimi 125 milyon dollar ayrılacağını açıqlayıb.

Qeyd edilir ki, bu məbləğ Fələstində fəaliyyət göstərən humanitar təşkilatlara ilkin dəstək olacaq.

...Bu yeni maliyyə həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində çalışan humanitar təşkilatlara dəstək olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Komissiyasının sənədində qeyd olunur ki, bu vəsaitlər ilk növbədə humanitar təşkilatların ehtiyacı olanları əsas tələbatlarla təmin etmək və su, qida, səhiyyə eləcə də kanalizasiyaya çıxışı bərpa etmək üçün istifadə olunacaq.

Avropa Komissiyasının məlumatına görə, hazırda Qəzza zolağında humanitar vəziyyət fəlakətli həddə çatıb.

Avropa İttifaqı neytrallıq və humanizm prinsiplərini rəhbər tutaraq Fələstin xalqına yardım və dəstək verəcək.

Qeyri-hökumət təşkilatları, humanitar təşkilatlar və BQXK nümayəndələri Avropa İttifaqından yardım çatdıracaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə