ABŞ prezidenti Cozef Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu NBC News-un keçirdiyi sorğunun nəticələri sübut edir.
Telekanalın məlumatına görə, amerikalılar onun xarici siyasətindən və Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyindən narazı olduqları üçün Baydenin reytinqi 40 faizdən aşağı düşüb.
“Baydenin zəifləyən mövqeyi ən çox İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarında həddindən artıq irəli getdiyinə inanan demokratlar arasında nəzərə çarpır”, hesabatda deyilir.
Xatırladaq ki, sentyabr ayında sorğuda iştirak edən amerikalıların təxminən 74 faizi 80 yaşlı Baydenin ikinci dəfə prezident olmaq üçün lazımi əqli və fiziki sağlamlığına malik olmadığından narahat olduğunu bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB