İsrailli cütlük əkiz uşaqlarını HƏMAS terrorçularından qoruyarkən evlərinə gələn 7 silahlını öldürsələr də, amma özləri də sağ qalmayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsrailin Ukraynanın Qərb bölgəsindəki konsulu Oleq Vişnyakov Facebook-da danışıb.
Kibutzda yaşayan Adar və İtai Berdiçevskilər vaxtilə İsrail ordusunda zabit olublar deyə, onların silah gəzdirmək hüquqları olub.
Beləliklə, yaraqlılar onların evlərinə yaxınlaşarkən cütlük 10 aylıq əkiz uşaqlarını mamada (evdə möhkəmləndirilmiş otaq) gizlədiblər. Özləri də evdə fələstinlilərin diqqətlərini uşaqlardan yayındırmasını gözləyirdilər.
7 silahlını öldürəh cütlük sağ qalmayıblar.
Bundan sonra 13 saat ərzində baxımsız qalan körpələri sonradan nənə və babaları tapıb.
“...Uşaqlar indi təhlükəsiz yerdə, sevgi və qayğı ilə əhatə olunublar. Onları bütün bu müddət ərzində terrorçularla mübarizə aparan İtayanın qardaşı və atası tapıb. Onlar uşaqları xilas etsələr də, lakin cütlüyü xilas edə bilməyiblər”.
Qeyd etdiyimiz kimi, Vişnyakov danışıb bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB