Aslan öz baxıcısını parçaladı

Zooparkda aslan öz baxıcısına hücum edərək onu öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Yaponiyanın Tohoku Safari Parkında baş verib.

Baxıcı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisədən sonra Zooparkda təhlükəsizlik xidməti artırılıb. Faciəvi şəkildə ölən 53 yaşlı heyvan baxıcısı 25 ildən artıqdır ki, həmin zooparkda işləyib.

Hadisənin təhlükəsizlik kameralarında necə baş verdiyi məlum olub.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə