Priqojin ən nüfuzlu yəhudilər sıralamasında 52-ci yerə layiq görüb

Priqojin ən nüfuzlu yəhudilər sıralamasında 52-ci yerə layiq görüb

Bu arada “The Jerusalem Post” qəzeti Roş-Ha-Şana bayramı üçün dünyanın ən nüfuzlu 50 yəhudisinin siyahısını dərc edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nəşrin jurnalistləri ilk 50-liyə daxil olmasa da, biznesmen Yevgeni Priqojinin adını da çəkməyə qərar veriblər.

Qeyd edək ki, nəşr Priqojinin restoran biznesindən və ABŞ prezident seçkilərinə təsir etmək üçün yaradılan “trol fabriki”ndən bəhs edir.

Onu da qeyd edək ki, ötən ay qəzaya uğrayan Priqojinin adı ilk 50-liyə düşməsə də amma o, “Postscript” yazısı ilə 52-ci yerə layiq görülüb.

Maraqlıdır ki, 2023-cü il reytinqində Ukrayna lideri Vladimir Zelenskinin adı ümumiyyətlə yoxdur. Xatırladaq ki, keçən il o, bir nömrəli yer tutdu və dünyanın ən nüfuzlu yəhudisi seçildi.

2023-cü ildə Sem Altman neyron şəbəkələri inkişaf etdirən ən mühüm Amerika şirkəti OpenAI-yə rəhbərlik etdiyi üçün reytinqin qalibi oldu. İkinci yerdə İsrailin baş naziri Benyamin Netanyahu, üçüncü yerdə isə ABŞ dövlət katibi Antoni Blinken qərarlaşıb.

Yeri gəlmişkən, yaşadığı müddətdə Priqojin heç vaxt İsrail köklərinə sahib olduğunu açıq şəkildə etiraf etməsə də, lakin o, antisemitizmlə də tanınmırdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə