"Ukrayna Krıma öz silahları ilə hücum edir"

"Ukrayna Krıma öz silahları ilə hücum edir"

Ukrayna Krım yarımadasına hücum etmək üçün öz texnika və silahlarından istifadə edir.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O, “Sky News”un Ukrayna hərbçilərinin Sevastopola hücum etmək üçün Britaniyanın “Storm Shadow” qanadlı raketlərindən istifadə etməsi ilə bağlı məlumatını belə şərh edib.

...Biz Ukrayna texnikası və silahlarından istifadə edirik... “Sky News”un öz mənbələri var. Onlar orada bu və ya digər şəkildə şərh verə bilərlər.

Podolyak deyib bunu.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Serqo Orconikidze adına Sevastopol Dəniz Zavodu raketlə vurulub. Zərbə nəticəsində zavodda təmirdə olan iki Rusiya gəmisi zədələnib.

Bu barədə məlumat yayan Rusiya Müdafiə Nazirliyi, 24 nəfərin xəsarət aldığını, onlardan 4-nün vəziyyətinin ağır olduğunu da etiraf edib.

Verilən məlumata görə, hücumdan sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşçuk Ukrayna hərbçilərinə “yaxşı işə” görə təşəkkür edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə