Tunisdə 630 qeyri-qanuni miqrant xilas edilib

Tunisdə 630 qeyri-qanuni miqrant xilas edilib

Tunisdə bir gecədə həyata keçirilən 18 əməliyyatda 630 qeyri-qanuni miqrantın xilas edildiyi açıqlanıb.

Tunis Milli Qvardiya Baş İdarəsindən verilən yazılı açıqlamada bir gecədə ölkənin ərazi sularında 18 qeyri-qanuni miqrasiya cəhdinin qarşısının alındığı bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, əməliyyatda Aralıq dənizini keçmək istəyərkən 80-i tunisli, 550-si Qara Afrika ölkələrindən olan 630 qeyri-qanuni miqrantın xilas edildiyi qeyd edilib.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Liviya və Əlcəzairlə həmsərhəd olan Tunisə gedir.

Əlcəzair və Liviya arasında yarı yolda yerləşən Tunis İtaliyanın cənub adalarına yaxınlığı səbəbindən qeyri-qanuni miqrantlar üçün tranzit marşrutdur.

Tunisin cənub şəhərlərində məskunlaşan immiqrantlar bacardıqca qayıqla Avropaya keçməyə çalışırlar. Hər il bir çox afrikalı mühacir Avropa arzusu ilə yola düşdüyü dəniz səyahətində ölür.

Bütün xəbərlər Facebook səhifəmizdə