Hərbi müdaxilə olsa, prezident öldürüləcək...

Hərbi müdaxilə olsa, prezident öldürüləcək...

Nigerdə ​​hakimiyyəti ələ keçirən üsyançılar qonşu dövlətlərin hərbi müdaxiləsi halında devrilmiş prezident Mohamed Bazumu öldürməklə hədələyiblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu “Associated Press” Qərb diplomatları arasında olan mənbələrə istinadən yazır.

“Associated Press”-in məlumatına görə, qiyamın təşkilatçıları belə bir xəbərdarlığı avqustun 7-də Nigerə səfər edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulanda ediblər.

Xatırladaq ki, bir müddət bundan əvvəl qərargah rəisləri və yüksək rütbəli hərbi dövlətlər – Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvləri Nigerə hərbi müdaxilə halında öz fövqəladə iclasında plan hazırladıqları məlum olmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə