Ərdoğan Baydenə təşəkkür etdi

Ərdoğan Baydenə təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tvitter" hesabından ABŞ prezidenti Co Baydenə təşəkkür edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan paylaşımında bunları deyib: "Türkiyə olaraq NATO-nun genişlənməsinə və ittifaqımızın möhkəmlənməsinə səmimiyyət, məsuliyyət hissi və prinsipial mövqe ilə dəstək verməyə davam edəcəyik. İnanıram ki, Alyansımızın bütün təhlükəsizlik çağırışlarına qarşı güclü həll yollarının yaradılması, xüsusilə də terrorizmlə mübarizə, müttəfiqlər arasında əlaqələrin gücləndirilməsi regional və qlobal sülhün bərqərar olmasında böyük rol oynayacaq.

Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları, qazan-qazan prinsipi əsasında formalaşan regional və qlobal təşəbbüsləri nəzərə alındıqca konstruktiv mövqeyimizi qoruyacağıq. Cənab Prezident, Alyansa şəxsi dəstəyinizə, xoş arzularınıza və təriflərinizə görə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə