Rusiyanın Sarmat nüvə raketləri tezliklə yerləşdirilməyə hazırdır

Rusiyanın Sarmat nüvə raketləri tezliklə yerləşdirilməyə hazırdır

Rusiyanın 10 və ya daha çox nüvə başlığı daşıya bilən yeni nəsil Sarmat qitələrarası ballistik raketləri tezliklə döyüş vəzifəsi üçün yerləşdiriləcək. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb. Bunlar Rusiyanın müdafiə naziri Sergey Şoyqunun hərbi akademiyanı bitirən tələbələrə müraciətindən sonra deyilib.

O, Kremldə keçirilən tədbirdə Putinlə yanaşı çıxış edib. Şoyqu əlavə edib ki, Rusiya ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə