Birləşmiş Krallığın baş naziri Rişi Sunak Ukraynanın bərpa prosesini sürətləndirmək və bu ölkənin potensialını üzə çıxarmaq üçün dəstək vermək barədə çıxış edib. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Londonda Rişi Sunak və Avropa Komissiyasının sədri Ursula von der Leyenin iştirakı ilə Ukraynaya dəstək üçün video bağlantı vasitəsilə “Ukraynanın bərpa konfransı” adlı tədbir baş tutub.
Konfransda çıxış edən Sunak deyib ki, Rusiya Ukraynaya etdiyi zorakılığın və vurduğu zərərin əvəzini ödəməlidir: “Beləliklə, biz müttəfiqlərlə Rusiya aktivlərindən istifadə etmək üçün qanuni yolları araşdırırıq. Bazar ertəsi isə biz Rusiyanın Ukraynaya kompensasiya ödəyənə qədər sanksiyaları qüvvədə saxlamağa imkan verən yeni qanunlar dərc etdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB