Ukrayna ordusunda qadın olmaq problem deyil və ruslar heyrətləndirici dərəcədə atıcılıqda pisdirlər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild”ə müsahibəsində İsveçdən olan könüllü, hazırda Ukrayna Silahlı Qüvvələrinin “Beynəlxalq legionu”nda xidmət edən Karolina Nordenqrip danışıb.
Rusiyanın Ukraynaya təcavüzündən əvvəl 43 yaşlı Karolina İsveç Müdafiə Nazirliyinin komitələrindən birində işləyib və siyasətdə karyera qurub.
Uşaqlıqdan orduya həvəsi olub və 15 yaşında könüllü olaraq İsveç Hərbi Hava Qüvvələrində hərbi təlim keçib.
Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Karolina Ukrayna Silahlı Qüvvələrinə kömək etməyə gedib. Və bu ilin aprelində o, Ukrayna ordusu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Karolina Ukraynada döyüşməyə gələrkən ərini evdə qoyub gəlib.
“...Uzun müddətdir ki, Ukraynaya gəlmişəm və o, mənim üçün darıxır. Hər şeyi başa düşür, amma təbii ki, narahatdır, çünki indi hücumda iştirak edirəm”- deyən Karolinanı ən çox əsir düşmək təhlükəsi narahat edir.
“Mən əsir düşməkdənsə ölməyi üstün tuturam. Onların əlinə düşmək istəmirəm. Xoşbəxtlikdən ruslar anamdan da pis atəş açır”-deyən isveçlinin sözlərinə görə, Ukrayna ordusunda qadınlara münasibət kifayət qədər spesifikdir.
“...Ümumiyyətlə, Ukrayna ordusunda qadın olmağım qətiyyən problem deyil. Gülməli odur ki, mən əsgərləri öyrədirəm, onlara əmr verirəm, amma mən ağır bir şey götürüb daşımaq istəyən kimi dərhal gəlib kömək edirlər. Belə ki, qadınların qayğısını xüsusi qəbul edirlər”.
Bunu da Karolina deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB