Rusiya Xarici İşlər Nazirliyinin “sülh” şərtləri

"Ukrayna döyüşü dayandırmalıdır"

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ukrayna ilə müharibəyə son qoymaq üçün ən azı altı şərt sadalayıb. Onlardan biri Qaluzinə görə, Ukrayna “döyüş əməliyyatlarını dayandırmalıdır”.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə TASS-a müsahibəsində bildirib.

Qaluzinin fikrincə, Ukrayna Qərbin silahlarından, daha sonra isə “hərtərəfli, ədalətli və davamlı” sülhə nail olmaq üçün NATO və Avropa İttifaqına qoşulmaqdan imtina etməlidir.

Daha sonra, Kiyev rusların işğal etdikləri əraziləri Rusiya ərazisi kimi tanımalı, rus dilini dövlət dili kimi qəbul etməli və əsas insan hüquqlarına, o cümlədən azadlıq hüququna hörmət etməlidir.

Qeyd edək ki, Ukrayna prezidentinin ofisi Moskvanın müharibənin dayandırılması üçün şərtlərlə bağlı bəyanatlarına reaksiya verib.

Beləliklə, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyaka görə, bu Rusiya rəhbərliyinin hüquqi və faktiki səriştəsizliyini bir daha ortaya qoymuş olur.

Xatırladaq ki, Podolyakın sözlərinə görə, Kiyev, Rusiya ərazisində demilitarizasiya zonasının fiksasiya edilməsində, hücum silahlarının azaldılmasında və qanunla müəyyən edilmiş təzminat proqramında israrlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə