"Günahkar" Almaniyadır?

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ukraynaya tankların tədarükü ilə bağlı qərarın olmamasını Almaniyanın bu məsələdəki mövqeləri ilə izah edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə İspaniyanın “El Diario” qəzetinə müsahibəsində bildirib.

Kiyevə tankların tədarükü ilə bağlı siyasi qərar hələ əsasən Almaniyanın mövqeyinə görə qəbul edilməyib, deyən Borrell, tankların köçürülməsinin zəruriliyinə şəxsən əmin olduğunu bildirib.

“Mən şəxsən həqiqətən düşünürəm ki, indiki müharibə şəraitində biz Ukraynanı nəinki çəkindirmək, hətta Rusiya ordusuna qarşı mübarizə aparmaq üçün lazım olan döyüş tankları ilə təmin etməliyik. Bu, əsasən Almaniyanın yayınması ilə bağlı hələ də verilməyən siyasi qərardır”-deyən Borrelin fikrincə, Avropa ölkələri bununla bağlı riskli qərarlar qəbul etməli və Ukraynaya lazım olan texnika, eləcə də silahları göndərməlidirlər.

Qeyd edək ki, Borrell Ukraynaya ayrılan yardımın ümumi məbləğinin dövlətlərin töhfəsi hesabına təxminən 50 milyard avro olduğunu da diqqətə çatdırıb.

Borrell, Qərbin Rusiya ilə diplomatiya və dialoqdan daha çox Ukraynaya silah tədarükünə diqqət yetirməsi səbəbindən avropalı siyasətçilərin hərəkətləri ilə bağlı tənqidi fikirlərin də əsassız olduğunu diqqətə çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə