Qapalı yerlərdə maska ​​taxmaq tələbi qaldırılacaq

Qapalı yerlərdə maska ​​taxmaq tələbi qaldırılacaq

Cənubi Koreyada 30 yanvar tarixindən etibarən əksər qapalı yerlərdə maska ​​taxmaq tələbi qaldırılacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanalar, apteklər və ictimai nəqliyyat vasitələri istisna olmaqla, qapalı yerlərdə yanvar ayının sonundan etibarən maska ​​taxmaq öhdəliyi ləğv ediləcək.

Ölkədə koronavirusa gündəlik yoluxma hallarının və ölümlərin sayı azaldıqdan və peyvəndlənmə nisbəti artdıqdan sonra hökumət COVID-19 tədbirlərini yumşaldıb.

Bu günə qədər koronavirusa 29 milyondan çox yoluxmanın qeydə alındığı Cənubi Koreyada virusdan ölənlərin sayı 33 mini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə