"Türkiyənin dialoq çağırışları zəiflik kimi başa düşülməməlidir"

"Türkiyənin dialoq çağırışları zəiflik kimi başa düşülməməlidir"

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin Egey dənizindəki sərvətlərin mehriban qonşuluq münasibətlərində ədalətli bölüşdürülməsinə səmimiyyətlə yanaşdığını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Hulusi Akar Mərmərə dənizində sınaq mərhələsində olan dünyanın ilk Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) gəmisi və Türkiyenin ən böyük döyüş gəmisi olan "Anadolu" gəmisində tədqiqatlar aparıb.

H.Akar burada verdiyi açıqlamada Türkiye və Şimali Kıbrıs (Kipr) Türk Respublikasının (KKTC) Egey və Şərqi Aralıq dənizindəki hüquq və maraqlarını dəyərləndirib.

Yunanıstanın təxribat xarakterli hərəkətlərini və ritorikasını davam etdirdiyini bildirən Akar deyib:

“Türkiyə heç kim üçün təhlükə deyil, etibarlı, güclü və effektiv müttəfiqdir. Bunu belə bilmək lazımdır”.

Türkiyənin dialoq çağırışlarının zəiflik kimi başa düşülməməsinin lazım olduğunu vurğulayan Akar “Söhbət Egey dənizinin sərvətlərinin səmimi mehriban qonşuluq münasibətlərində ədalətli bölüşdürülməsindən gedir. Biz özümüzün və kıbrıslı qardaşlarımızın hüquq və haqlarının tapdalanmasına və heç bir işin bizdən xəbərsiz olmasına icazə verməyəcəyik”.

H.Akar üçüncü şəxsləri hadisələrə obyektiv yanaşmağa, emosional və qərəzli tərəf olmamağa çağırıb.

Milli müdafiə naziri Kıbrıs məsələsini “milli bir məsələ” olaraq xarakterizə edərək deyib:

“Keçmişdə olduğu kimi, Zəmanət və Müttəfiqlik Müqaviləsinə uyğun olaraq, kıbrıslı qardaş və bacılarımızın yanındayıq. Söhbət Kıbrısda iki suveren, bərabər və müstəqil dövlətdən gedir. Artıq məsələ bu dövlətin (KKTC) qurulmasında deyil, bu qurulmuş dövlətin tanınmasındadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə