Qaçqınlar düşərgəsində baş vermiş yanğının səbəbi açıqlanıb

Qaçqınlar düşərgəsində baş vermiş yanğının səbəbi açıqlanıb

Qəzza zolağında 22 nəfərin həyatını itirdiyi Cəbəliyyə qaçqınlar düşərgəsində baş vermiş yanğının səbəb açıqlanıb. SİA bu barədə xarici saytlara istinad edir.

Baş prokuror Məhəmməd ən-Nəhhal, Qəzzada keçirilən mətbuat konfransında insident barədə danışıb. O: “Cəbəliyə bölgəsində baş verən yanğında qəsdən bir vəziyyət təsbit edilməyib. Yanğın Əbu Raya ailəsi övladlarının xaricdən qayıdışını od yandıraraq qeyd etdikləri əsnada təsadüfən başlayıb və yaxında benzin ilə dolu qab ilə lastiklərin olması yanğının sürətlə yayılmasına səbəb olub.

Xatırladaq ki, noyabrın 17-də Cəbəliyə qaçqınlar düşərgəsindəki binada baş verən yanğın nəticəsində 22 nəfər həyatını itirmiş, Fələstin prezidenti Mahmud Abbas isə bir günlü matəm elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə