RYTN nümayəndəsi: “İnformasiyalardan sərbəst istifadə etməyə imkan veriləcək” AÇIQLAMA

RYTN nümayəndəsi: “İnformasiyalardan sərbəst istifadə etməyə imkan veriləcək” AÇIQLAMA

"Elektron hökümətin formalaşması ilə bağlı görülən işlər geniş vüsət alıb. Elektron Hökümət portal vətəndaşlarımızı tərəfindən fəal istifadə edilməkdədir". SİA-nın məlumatına görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bu gün "Açıq Hökümət Məlumatlar" portalının təqdimatı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

O qeyd edib ki, hazırlanacaq tətbiqi proqramlar dövlət informasiyalarından sərbəst istifadə etməyə imkan yaradacaq: "Bunların daha da genişləndirməsi üçün Açıq Hökümət Məlumatları portal yaradılıb. Bu portalın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının malik olduğu məlumatlar vətəndaşlara açılmalıdır. Bu şəraiti yaratmaq üçün biz bu gün, məhz bu portalın təqdimatını keçirirk. Nəzərdə tutulub ki, bizim şirkətlərə və istifadəçilərə xüsusi proqram modulları verilməklə dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təmin etmək üçün proqramların işlənməsinə şərait yaradılmalıdır. Vətəndaşlar üçün hazırlanacaq bu tətbiqi proqramlar müxtəlif dövlət informasiyalarından sərbəst şəkildə istifadə etməyə imkan verəcək. Burada daha işlək olan mətariallardan istifadə olunacaq".

Elmir Vəlizadə bildirib ki, bir çox xidmətlər tətbiqi proqramlar vasitəsilə vətəndaşlara çatdırılacaq. Bu da məlumatın istifadəsini asanlaşdıracaq: "Tam məlumatların sırasında poçt şöbələrinin yerləşmə ünvanları, bölgələrin telefon kodları və digər məsələlər tətbiqi proqramlar vasitəsi ilə vətəndaşlara çatdırılacaq. Ən əsasıda odur ki, bu proqramlar vasitəsilə məlumatlardan istifadə asanlaşdırılacaq. Güman edirik ki, belə bir imkanın yaradılması bu ölkədə bu sahədə fəaliyyət göstərən, kiçik və orta İKT şirkətlərin, eyni zamanda qeyd etdiyim kimi "startup"larla yeni fəaliyyətə başlayan şəxslər üçün əlverişli şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə