Samsung Galaxy S6 barədə yeni məlumatlar

Samsunqun 2015-ci ildə bağlı qapılar arxasında iş ortaqlarına nümayiş etdirdiyi "Galaxy S6" ilə bağlı yeni məlumatlar yayılıb. SİA-nın məlumatına görə, Galaxy S6 bu ilin mart ayında Barselonada reallaşacaq Dünya Mobil Konqresində nümayiş etdiriləcək. Galaxy S6 bu günə qədərki Samsung cihazlarından fərqli olaraq metal və şüşə qarışıqlı materialdan hazırlanacaq.

Qeyd edək ki, telefonun 64 və 128 GB versiyaları olacaq. Galaxy S6-nın daxili saxlama variantları artırılıb, lakin telefon yaddaş kartı dəstəyi ehtiva etməyəcək. Önə çıxan xüsusiyyətlərdən biri də telefonun suya və toza davamlı olmasıdır.

Nəzərinizə çatdıraq ki, barmaq izi sensorlu bu telefon Galaxy S5 və Galaxy Note 4-də yer alan sensordan daha irəli səviyyədə və inkişaf etmiş xüsusiyyətlərə sahib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə