Populyar video paylaşım saytı olan YouTube çox yaxında panoramik videoları da dəstəkləməyə başlayacaq. SİA-nın məlumatına yaxın zamanlarda bu tip videoları izləmək mümkün olacaq.
Qeyd edək ki, 360 dərəcə olan videolar bir müddətdir ki virtual aləmdə böyük marağa səbəb olurdu ancaq bu videoları paylaşmaq heç də asan iş deyildi. Çünki bəzi video paylaşım platformaları bu kimi videoları dəstəkləmirdi. Videoları izləyə bilmək üçün istifadəçilərin klaviatura ilə müdaxilə etməsi lazım idi. Bu da paylaşım platformlarının xüsusi proqram dəstəyini tələb edirdi.
YouTube saytının yaxın zamanlarda edəcəyi bu yeniliklə bağlı dəqiq bir tarix göstərilməsə də, bu yeniliyin böyük marağa səbəb olacağı gözlənilir
360 dərəcəli videoların daha bir əhəmiyyətli tərəfi isə bu videoların "Oculus Rift" kimi virtual eynəklərlə də izlənilməsinin mümkün olacağı ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB