"WhatsApp" rəhbələrindən olan Jan Koum çox maraqlı açıqlama ilə çıxış edib. SİA-nın məlumatına görə, Jan Koum whatsApp istifadəçilərinin gün ərzində 30 milyarddan çox mesaj yazdığını bildirib. Jan Koum bu rəqəmlər üçün hər kəsə təşəkkür edərək bildirib ki, adı çəkilən şəbəkənin aylıq istifadəçi sayı 700 milyona yaxındır.
Son 4 ayda istifadəçi sayını 100 milyon artıran WhatApp-ın sürətli böyüməsi şübhəsiz ki, ən çox "Facebook" şəbəkəsinin qurucusu və baş icraçı direktoru Mark Zuckerbergi sevindirib. Xatırladaq ki, Facebook 2013-ci ildə WhatsApp-ı 22 milyard dollar ödəyərək satın almışdı. Jan Koum isə bu satış sonunda 6.8 milyard dollar gəlir əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB