Bu maşını Azərbaycan milliləşdirir

Bu maşını Azərbaycan milliləşdirir

Azərbaycanda "NAZ-Lifan" avtomobilləri milliləşdiriləcək. SİA-nın məlumatına görə, bu barədə Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktor müavini Polad Sadıqov xəbər yayıb. Belə ki, qarşıdakı illərdə "Lifan"lar bütünlüklə yerli ehtiyat hissələri vasitəsilə istehsal edilcək. Avtomobilin "milliləşdirilməsi" məqsədilə Azərbaycanda "NAZ- Lifan" avtomobillərinin ehtiyat hissələrinin istehsalına başlanacaq. Direktor müavini bildirib ki, ehtiyat hissələri təkcə Naxçıvanda deyil, ölkənin başqa bölgələrində də istehsal edilə bilər: "Ola bilsin ki, ehtiyat hissələri Naxçıvanda yerləşən digər zavodlarda istehsal olunsun. 1-2 il ərzində ehtiyat hissələri tamamilə burada istehsal oluna bilər".

Qeyd edək ki, hazırda Lifanlar bütünlüklə digər ölkələrdən gətirilən ehtiyat hissələrlə yığılır. 2010-cu ildə fəaliyyətə başlayan Naxçıvan Avtomobil Zavodunda indiyə qədər 3 976 "NAZ- Lifan" avtomobili yığılıb. Zavod qiymətləri 7500-16000 manat arasında dəyişən 9 model buraxır.

Bütün xəbərlər Facebook səhifəmizdə