HTC M9 yaxud HTC Hima?

HTC-nin flaqmanı haqqında son məlumatları sizin nəzərinizə çatdırırıq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, HTC flaqmanın təqdimatını ayrı bir tədbir formatında etmək fikrindədir. Əsas yeniliklərdən biri flaqmanın HTC M9 yox HTC Hima adlandırılacağının dəqiqləşdirilməsidir.

Qeyd edək ki, adətən Twitter-akkaunt @upleaks-dən gələn məlumatlar doğru olur və buna görə də flaqmanın Hima adlandırılacağını güman etmək olar. Şirkətin məlumatına görə yeni flaqmanla yanaşı HTC Hima Ace və HTC Hima Ultra smartfonlarının təqdimatı da nəzərdə tutulmuşdur. Nəzərinizə çatdıraq ki, Hima Ace daha ekonom variant smartfon olacaqdır və onda daha ucuz MediaTek prossesoru istifadə ediləcəkdir. Hima Ultra isə HTC Hima-nın daha böyük ekranlı variantı olacaqdır.

Qeyd edək ki , yeni qurğunun Qualcomm Snapdragon 810 prosessoru əsasında işləyəcəyi bildirilir. Bu prosessorun 4 ədəd Krait 450 hesablama nüvəsi və Adreno 420 qrafik kontrolleri var. Smartfonun əməli yaddaşının 3 GB olacağı nəzərdə tutulur. İlkin məlumatlara görə, One M9-un 1440×2560 px çözümlü 5,0-düymlük QuadHD (əvvəl 5,5 düym olacağı bildirilirdi) sensor displeyi olacaq. Müqayisə üçün deyək ki: One M8-nin ekranı 1080×1920 px çözümlü 5-düymlük FullHD-dir.

One M9-un digər xüsusiyyətləri arasında optik stabilləşmə sistemli 16 Mp-lik əsas kamera, Bose keyfiyyətli səs sistemi və 3500 mAh həcmli akumulyator batareyası da var.

Qeyd edək ki, One M9 smartfonunun təqdimatı 2015-ci ilin birinci rübünün axırı və ya ikinci rübünün əvvəlində gözlənilir.

Qeyd: Xəbərdə təqdim olunan foto HTC One M9-un dizaynının qeyri-rəsmi versiyalarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə