Microsoftun bilərziyi rekord qırdı

Nəhəng proqram firması olan Microsfot, ağıllı telefon bazarında digər istehsalçı rəqibləri ilə var gücü ilə rəqabət aparır və "Windows Phone" ağıllı telefonları ilə mobil istifadəçilərin könlünü fəth etməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkət digər rəqiblərindən geri qalmamaq üçün ağıllı telefona əlavə olaraq quraşdırılan ağıllı biləklik də təqdim edib. Telefona əlavə olaraq quraşdırılan bu biləkliklərin artıq satış rekordu qırdığı bildirilir.

Şirkətin verdiyi açıqlamada, Microsoft Band ehtiyatlarının artıq Microsoft mağazalarında tükəndiyi bildirilir.

Qeyd edək ki, bu texnologiya məhsulunun internet satışı 2015-ci ilin əvvəllərinə qədər dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə