Ən radiasiyalı telefonların siyahısı Açıqlandı

Ən radiasiyalı telefonların siyahısı Açıqlandı

Smartfon seçilərkən diqqətdən yayınan məsələlərdən biri də onların radiasiya yayma səviyyəsidir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mobil cihazların şüalanma dərəcəsi SAR (specific absorption rate) abbreviaturası ilə müəyyən olunaraq ən zərəli telefonlar açıqlanıb. SAR mobil telefonların yaydığı elektromaqnit şüalanmasının insan tərəfindən udulma əmsalını siyahılaşdırıb. Belə ki, Avropa İttifaqı ölkələrində SAR norması 2 Vt/kq sayılır. Yəni bundan yuxarı göstəricilərdə smartfonlar sağlamlığa zərər yetirə bilər. Mühüm göstərici olmasına baxmayaraq bir qayda olaraq alıcılar SAR normasına əhəmiyyət vermirlər. Telefon mağazaları və internet saytları da ümumi göstəricilərdə SAR əmsalını qeyd etmirlər. Müasir smartfonların şüalanma əmsalları isə belədir:

1. Huawei Ascend Mate 7 - 1.54 vt/kq

2. Motorola Moto X 16GB - 1.52 vt/kq

3. Nokia Lumia 900 - 1.49 vt/kq

4. HTC One mini 2 - 1.46 vt/kq

5. Blackberry Q5 - 1.38 vt/kq

6. Apple iPhone 4S - 0.99 vt/kq

7. Samsung Galaxy S5 mini - 0.97 vt/kq

8. Apple iPhone 5C - 0.96 vt/kq

9. Apple iPhone 6 - 0.93 vt/kq

10. Apple iPhone 6 Plus - 0.91 vt/kq

11. HTC One 32GB - 0.86 vt/kq

12. Apple iPhone 5S 64GB - 0.80 vt/kq

13. Huawei Ascend P6 - 0.64 vt/kq

14. Samsung Galaxy S5 16GB - 0.56 vt/kq

15. Google Nexus 4 16GB - 0.55 vt/kq

16. Sony Xperia Z - 0.55 vt/kq

17. LG Electronics G3 - 0.51 vt/kq.

Bütün xəbərlər Facebook səhifəmizdə