Populyar "Skype" xidməti səsli zənglər zamanı danışığı avtomatik başqa dillərə tərcümə edən "Skype Translator" funksiyasının sınaq versiyasını təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Skype səs və videokommunikasiyanı təmin etmək üçün 10 ildən çox müddətdə coğrafi maneələri aradan qaldırıb. Xidmətin nümayəndəsi yeniliklə bağlı belə deyib: ""Skype" internet telefoniya xidmətində "Microsoft Research" laboratoriyasının innovasiyalarından istifadə ediləcək və bu halda dil baryeri aradan qaldırılacaq. "Skype Translator"un ilkin versiyası səsli zənglər zamanı hələ ki ispan və ingilis dillərində danışığın sinxron tərcüməsini təmin edəcək".
Bundan başqa, "Skype" istifadəçilərinə ani mesajların 40-dan çox dildə tərcüməsi əlçatan olacaq. Funksiyanı sınaqdan keçirmək üçün "Skype Translator" saytında qeydiyyatdan keçmək, qeydiyyat zamanı ispan dilini seçmək və xidməti "Windows 8.1" platforması ilə işləyən qurğudan işə salmaq lazımdır. "Skype Translator" danışığın tanınması, avtomatik tərcümə texnologiyalarından istifadə edir. Xidmət artıq sınaqdan keçirilib. Aşağıdakı çarxda Meksika və ABŞ məktəbliləri "Skype Translator" funksiyasından istifadə edərək dil baryerini aradan qaldırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB