“Boeing” “Airbus”ı keçdi

"Boeing" təyyarə sifarişində "Airbus"ı keçib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Airbus", bu ilin əvvəlindən indiyə qədər 1031 təyyarə sifarişi aldığını bildirib. "Airbus"ın əzəli rəqibi "Boeing" isə yeni ilin əvvəlindən bu günə qədər 1274 təyyarə sifarişi alıb.

"Boeing", il ərzində 647 təyyarə istehsal etdiyi bir vaxtda, "Airbus"ın təhvil verdiyi təyyarə sayı 554 olub. "Airbus" yalnız cari ilin noyabr ayında aktiv təyyarə sifarişi alaraq 249 təyyarə istehsal edib. Bununla da az da olsa "Boeing" ilə fərqi azalda bilib. "Airbus" noyabr ayında 25 A350-900, 25 A330 model təyyarə sifarişi alıb. "Airbus"ın car ildə 778 A350 tipli təyyarə satıb. Bu günə qədər 41 hava yolu şirkəti A350 üçün sifariş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə