Əli Abbasov: “2020-ci ildə ölkədə bütün sahələr elektronlaşdırılacaq” Açıqlama

Əli Abbasov: “2020-ci ildə ölkədə bütün sahələr elektronlaşdırılacaq” Açıqlama

"Azərbaycan elektron vasitələrdən kifayət qədər istifadə etsə də, elektron hökümətlə bağlı işlər lazımi səviyyədə deyil. Ölkəmiz elektron hökümət reytinginə görə dünyada 68-ci yerdədir. 2010-cu ildən başlayan portallardan istifadədə artıq 5 milyona yaxın istifadəçi sayına çatmışıq. Bu sahədə işlər görülməktədir". SİA-nın məlumatına görə, bu sözləri bu gün "Elektron dövlət quruculuğu problemləri" mövzusunda I Respublika elmi–praktiki konfarnsında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov deyib. O, Azərbaycanda 2020-ci ilə qədər bütün sahələrdə elektronlaşmanın təmin ediləcəyini ifadə edib: "Yaxın zamanda bununla bağlı dövlət proqramı qəbul ediləcək. 2020–ci ildə ölkədə bütün sahələri elektronlaşdırmağı planlaşdırırıq. İnternet sahəsində də bütün ölkəni əhatə etmək üçün işlər görürük".

Elektron təhlükəsizliyi məsələsinə də toxunan nazir, buna ölkədə elektron imza və elektron biznesdən geniş istifadənin səbəb olduğunu vurğulayıb: "Biznesin və ölkənin ümumi inkişafına təsir edəcək internet məsələsini həll etmək üzrəyik. Çünki artıq insanlar elektron kartlarla alış-veriş edirlər. İnternet təhlükəsizliyi ilə bağlı insitutun tədqiqatları var. Elektron imzadan istifadə sahəsi genişlənib. Vergilər Nazirliyi tərəfindən 60 min insan elektron imza paylanıb. Biz artıq elektron imzanın mobil versiyasını da əhalinin istifadəsinə verəcəyik".

Smart hökümət haqqında da danışan Əli Abbasov, vətəndaşların təkliflərinin dövlət idarə olunmasında yer alacağını vurğulayıb: "Smart hökümətdən də artıq söhbət gedir. Burada dövlətin hər bir vətəndaşı dövlətin inkişafında rol oynayacaq. Əhalidən alınan təkliflər vasitəsilə dövlətin idarə olunmasında istifadə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə