“Azercell” “Bakutel-2014” sərgisində yeni layihəsini təqdim edib
"Azercell" BakuTel Beynəlxalq Telekommunikasiya sərgisində ən müasir texnologiyalar, mobil cihazlar vasitəsilə insan həyatını həm asanlaşdıran, həm də rəngarəng edən alternativ məhsullar, hədiyyələr təqdim edib. SİA-nın məlumatına görə, "Azercell"in yeni texnologiyalar guşəsində ziyarətçilər artıq bir neçə istiqamətdə yeniliklərdən faydalanır. Bu innovativ texnoloji həllərə, Mobil Sağlamlıq, Valideyn Nəzarəti Sistemi, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi Təhlükəsizlik Sistemi və Google Glass eynəyinin 2-ci versiyası aiddir.
BakuTel sərgisində "Azercell" ilk dəfə olaraq dünyada "Augmented Reality"- Genişləndirilmiş Reallıq kimi tanınan texniki yeniliyi təqdim edir. "Azercell" əməkdaşının şəkli olan plakata xüsusi proqram yüklənmiş cihaza – mobil telefonu və ya planşeti yaxınlaşdırdıqda, telefondakı şəkil canlanaraq "Azercell"in bu sərgidə göstərdiyi yenilikləri barədə söhbət etməyə başlayır. Bu xidmət vasitəsilə "Azercell" öz abunəçilərinə ənənəvi ikiölçülü reklam plakatlarını üçölçülü formatda, yəni video formatda izləməyə imkan verir.
Ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Mobil Sağlamlıq Sistemi pasientin səhhəti ilə bağlı məlumatı təhlil edərək, dialoq rejimində simptomların səbəbini araşdırmağa çalışır. Ehtiyac olduğu halda, məlumatlar mərkəzə göndərilərək, pasientin həkiminə çatdırılır. Valideyn Nəzarəti Sistemi valideynlərə öz azyaşlı övladlarını nəzarətdə saxlamaq və onlarla istədikləri an əlaqə qurmaq üçün əla vasitədir. Azyaşlı uşaqların istifadəsi üçün çox rahat olan xüsusi kiçik telefonlar vasitəsilə uşaqlar asanlıqla əvvəlcədən müəyyənləşdirilmiş nömrələrə zəng edərək, valideynləri ilə əlaqə qura bilərlər. İnternet üzərində çalışan idarə paneli vasitəsilə isə valideyn öz övladının harada olması, məktəbi tərk etməsi və hansı marşrutla hərəkət etməsi barədə məlumat ala bilər. Tədris zamanı uşağın diqqətinin yayınmaması məqsədi ilə telefonun istifadəsi avtomatik şəkildə məhdudlaşdırıl bilər.
Sərgidə "Azercell"in təqdim etdiyi "Google Glass" interaktiv eynəyi vasitəsilə istifadəçi yalnız səsli əmrlər verməklə axtarış apara, şəkil və ya video endirə və dostları ilə paylaşa bilər. Bundan əlavə "Azercell"in Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən "Sumaks" Evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB