"Panasonic" şirkəti yeni smartfonların istehsalına başlayıb. SİA-nın məlumatına görə, "Eluga I" modeli Yaponiya şirkətinin yeni həllidir. Aparat 1280x720 piksel 5 düymlük IPS ekran, 1.3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib və "Android 4.4 KitKat" əməliyyat sistemi quraşdırılıb. Telefonda ikirəqəmli kamera quraşdırılıb: əsas kamera 8 meqapiksellik matris, "Full HD" formatında videoçəkiliş funksiyası və işıq diodu işıqlandırıcısına malikdir, əlavə fotomodul isə 2 meqapiksellik təsvir ölçüsünə malikdir.
Bundan başqa, nümayiş etdirilmiş cihazı 1 QB əməli və 8 QB daxili yaddaş (microSD daşıyıcılarının köməyi ilə 32 QB-dək artırmaq olar), "3G HSPA+", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.0" və GPS simsiz rabitə modulları, həmçinin 3,5 mm-lik konnektor və FM radioqəbuledicisi ilə təchiz edilib. Cihazın ölçüləri 73,6x147,1x9 mm, çəkisi 155 qr təşkil edir. SİM kart üçün iki slot nəzərdə tutulub. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saatdır.
Qeyd edək ki, "Panasonic Eluga I" modeli artıq gümüşü və ağ rəngli korpuslarda satılır. Yeni qurğu hələ ki yalnız Hindistanda əlçatandır, qiyməti isə 178 dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB