“WhatsApp”ın aktiv istifadəçilərinin sayı 600 milyona çatıb
Bu ilin aprel ayında "WhatsApp" proqramının aktiv istifadəçiləri yarım milyarda çatıb. SİA-nın məlumatına görə, hazırda bu proqramın istifadəçilərinin sayı 600 milyondur. Bu barədə "WhatsApp"ı hazırlayan CEO Jan Koum "Twitter" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, "WhatsApp"ı 438 milyon aktiv istifadəçi ilə "WeChat" izləyir. Bu iki proqramdan sonra isə "Viber" aktiv istifadəçilərinin sayına görə üçüncüdür. "Viber"dan 100 milyon insan istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB